"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zahir Bayramov: “əhalinin bələdiyyəyə küllü miqdarda borcu var”

--2015-06-19 / 20:14

“Bələdiyyəmizin əmlak və torpaq vergisindən başqa gəlir mənbəyi yoxdur”-bu fikirləri Belediyye.info saytına açıqlamasında Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin sədri Zahir Bayramov deyib. Onun sözlərinə görə, hazırda əmlak və torpaq vergisinin toplanması özü bir sıra çətinliklə üzləşir: “Rəncbərlər bələdiyyəsi tərəfindən hazırda əmlakların ölçülməsi və qeydə alınması prosesi yekunlaşmaq üzrədir. Bildirişlər də əhaliyə paylanılıb. Açığı, indi vergilərin toplanması bir problemdir. Maarifləndirmə işləri aparırıq, vətəndaşları məcbur eləmək olmur. Amma hələki köçürmə edən yoxdur. Torpaq vergisi də az miqdarda toplanıb. Çünki indi təsərrüfatın qızğın vaxtıdır və bu ayın axırından başlayaraq, yəni məhsul yığım başlandıqdan sonra vətəndaşlar vergiləri ödəməyə başlayırlar”.

Z.Bayramov deyib ki, vergilərin yığılması üçün bələdiyyələrə kömək lazımdır: “Bunun üçün bir qurum və təşkilat yaradılsaydı, biz də vergilərin yığımı ilə bağlı buradan bizə köməklik göstərərdilər. Yaxud da, bələdiyyə vergilərinin toplanması Vergilər Nazirliyi ilə əlaqələndirilməlidir.  Bələdiyyələr öz nüfuzunu artırmaq üçün öz üzərinə düşən işləri həyata keçirir. Özünüidarəetmə olan bu qurumlar özü işləyib qazanmalıdır. Lakin bələdiyyələrin indiki halda yalnız gəlir yeri əmlak, torpaq vergisidir və icarədən gələn maliyyədir. Bələdiyyələrin bundan artıq gəlir yeri yoxdur. Hazırda bələdiyyənin büdcəsində heç 600 manat pul yoxdur. əhalinin də bələdiyyəyə küllü miqdarda borcu var. Ona görə də, bələdiyyə işçilərinin də əmək haqqısı ləngiyir və deyərdim ki, biz may ayının maaşını almamışıq.

icra hakimiyyəti müraciət etdikdə hər zaman bizə köməklik göstərir. istənilən vaxt biz bu diqqəti görürük”.

Bəxtiyar Məmmədli        

 

ŞƏRHLƏR